Hansı hallarda evdən çıxmağa icazə verilir?

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə - 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bir sıra hallarda vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etmələrinə yol verilir.

Metbuat.az xəbər verir ki, təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla, ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi, yaxın qohumunun dəfnində iştirakla əlaqədar vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etmələri mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR