Azərbaycanlı həkim virusdan qorunmağın əsas yolunu göstərdi: "Bunları etsəniz..."

.

Son günlər koronavirus epidemiyası artmaqda və insanlarımızı psixoloji cəhətdən sındırmaqda davam edir. Bir çox insanlarımız hətta depressiv hallar belə keçirir.

Metbuat.az-ın məlumatına görə, həkim Füzuli Hüseynov bildirib ki, bu günlərdə özümüzü həm psixoloji cəhətdən müalicə etməli, həm də immunitetimizi artırmaqla mübarizəyə hazır olmalıyıq.

O koronavirusla mübarizənin əsas yolunu da göstərib:

“Hazırda insanlarımızı ən çox düşündürən budur ki, necə edək virus bizdən yan keçsin. Məncə, biz xəstəliyə tutulsaq belə, immun sistemimizi elə vəziyyətdə saxlamalıyıq ki, xəstəliyi yüngül keçirək. Çünki bu virusun insandan-insana keçməsi çox asandır.

Bir həkim kimi deyim ki, güclü immunitetə sahib olmaq üçün aşağıdakı məcundan gündə 3 dəfə qəbul etməklə biz həm immun sistemimizi gücləndirəcək, həm də depressiyadan çıxaraq mübarizəyə hazır olacağıq.

Bu məcunun tərkibi immuniteti gücləndirən vasitələrin ən yaxşısıdır. Bu, təkcə koronaviruslara qarşı yox, bütün növ virus, bakteriya və mikrob əleyhinə faydalıdır.

Beləliklə, lazım olan

Təzə zəncəfil 100 qram

Ud hindi tozu 100 qram

Qarazirə tozu 100 qram

Çiçək tozu 100 qram

Bal 1kq

Deməli, təzə zəncəfili yuyub təmizləyib sürtkəçdən keçirib qalan bitkiləridə üyüdüb toz formasına salıb hamısını bir birinə qarışdırın gündə üç dəfə yeməkdən yarım saat əvvəl bir çay qaşığı yeyin”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR