Koronavirusdan sağalan 14 nəfər qan plazması verib -

Artıq Azərbaycanda da Covid 19-dan sağalmış xəstələrdən qan plazması götürülür.

Baku.Tv xəbər verir ki, həmin plazmalar koronavirus xəstələrinə köçürülür. Ekspertlər, həkimlər bu üsulun koronavirusla mübarizədə effektiv olduğunu düşünürlər. Belə ki, infeksiyadan sağalan şəxslərin qanından alınan anticisimlər ağır xəstələrə köçürülür. Bu da onların müalicəsində müsbət nəticə verməsinə kömək olur.

Həkim Hematoloq Şəhla Şabanova onu da qeyd edir ki, donor olmaq istəyən və qan plazması köçürüləcək şəxslərdən əlavə heç bir ödəniş tələb olunmur. Bu könüllü şəkildə həyata keçirilən bir prosedurdur.

İmmun plazma köçürülməsi əsasən 18-60 yaş aralığında olan sağalmış, son 14 gün ərazində heç bir klinik şikayəti olmayan donorlardan toplanılır. Donorlardan qan plazmasının götürülməsi 45 dəq – 1 saat zamanında həyata keçirilirsə, koronavirusdan əziyyət çəkən xəstələrə köçürülməsi isə 2 saat ərzində baş tutur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR