Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, iyunun 20-də saat 21 radələrində Hüseynbəyli kəndi ərazisində qeydə alınıb.

Kosalar kənd sakini C.Əhmədov idarə etdiyi “VAZ-21013” markalı avtomobillə yolu keçən kənd sakini Vüqar Qəhrəmanovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR