DİN-dən 10 kq-lıq narkotiklə bağlı

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.

Bu barədə Metbuat.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sabunçu rayonu Maştağa qəsəbə sakinləri, Elşad Nəbiyev və Müşfiq Xalıqov saxlanılıblar. Şəxsi axtarış aparılan zaman M.Xalıqovdan 1 kq 25 qram heroin, 500,171 qram psixotrop maddə metamfetamin, E.Nəbiyevdən isə 50,375 qram heroin aşkar olunaraq götürülüb.

Əməliyyat ədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən E.Nəbiyevin Maştağa qsəəbəsində yerləşən evindən 1 kq 80 qram metamfetamin, 5 kq 10 qram qurudulmuş marixuana və 3 kq 75 qram heroin aşkar olunub.

Beləliklə sonuncu əməliyyat nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 10 kq 740 qram narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Araşdırma zamanı müəyyən olunub ki, E.Nəbiyev və M.Xalıqov hələlik adı istintaqa məlum olmayan “Şəhram” adlı İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhərində qəbul ediblər və yaşadıqları evdə gizlədiblər. Onlar narkotik vasitələri İran vətəndaşının deyəcəyi adamlara satandan sonra pulun bir hissəsini geri göndərməli imiş.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR