ATƏT Parlament Assambleyasının baş katibi Gürcüstanda səfərdədir

03:43 18 Yanvar 2015
95 Dünya
Ölkə mətbuatı
A- A+


Tbilisi, 18 yanvar, AzərTAc
ATƏT Parlament Assambleyasının 2016-cı ildə yaz sessiyasının açılışı Tbilisidə olacaq.
AzərTAc xəbər verir ki, bunu jurnalistlərə Tbilisidə səfərdə olan ATƏT PA-nın baş katibi Spenser Oliver Gürcüstan xarici işlər nazirinin müavini David Dondu ilə görüşdən sonra bildirib.
Baş katib deyib ki, nazir müavini ilə görüşdə ikitərəfli münasibətlərin inkişafı, eləcə də regiondakı münaqişələrin həlli yolları müzakirə olunub.
ATƏT PA-nın baş katibi Gürcüstana yanvarın 16-da səfərə gəlib. Üç gün davam edəcək səfər çərçivəsində onun bir sıra görüşlər keçirməsi nəzərdə tutulub.

Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR