Zaqatala ildırım evi yandırdı -

Zaqatalada fərdi yaşayış evini ildırım vurub.

ARB Şəki-nin məlumatına görə, hadisə axşam saatlarında Zaqatala şəhər ərazisində Həbib Muxtarova məxsus, ümumi sahəsi 135 kv/m olan fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün 50 kv/m-lik sahəsinin yanar konstruksiyaları və mətbəxi qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın baş verən evdə hazırda yaşayış olmadığından, hadisə zamanı xəsarət alan olmayıb. Ev sahibləri Rusiya Fedarasiyasında yaşayır. Hadisə şahidlərinin verdiyi məlumata görə, evi ildırım vurması səbəbindən yanğın baş verib.

Faktla bağlı araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR