"Beşiktaş" yeni mövsüm üçün ilk transferini edir

Türkiyənin "Beşiktaş" klubu 2020/2021 mövsümü üçün ilk transferini həyata keçirib.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi "Alanyaspor"un oyunçusu Fabris N Sakala ilə anlaşıb.

Klubu ilə müqaviləsi mövsümün sonunda başa çatan 30 yaşlı müdafiəçi "Beşiktaş"la 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Fabris N Sakala "Alanyaspor"da 2016-cı ildən çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR