Şəffaf arakəsmələr niyə yoxdur? -

Nazirlər kabinetinin qərarı ilə ictimai nəqliyyatda şəffaf arakəsmələr tətbiqi vacibdir. Amma təəssüf ki, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində belə arakəsmələrə artıq az rast gəlinir.

Baku.Tv xəbər verir ki. pandemiyanin yayılma arealını minumuma endirmək məqsədi daşıyan bu qoruyucu arakəsmələr ya ümümiyyətlə yoxdur, ya da zədələnərək arakəsmə rolunu oynamaqdan çıxıb.Sürücülər arasında apardığımız sorğudan isə belə başa düşülür ki, onlar karatində baş tutan yumşaldılmaları yanlış dəyərləndiriblər. Xüsusən də 60 nömrəli marşurt avtobuslarında.

Taksi fəaliyyəti göstərən avtomobillərdə isə vəziyyət ürəkaçan olsa da, onlar arasında da qaydalara əməl etməyənlərə rast gəlinir. Məsələ ilə bağlı Bakı Nəqliyyat agentliyindən bildirildi ki, qaydalarla bağlı daşıyıcılara xəbərdarlıq edilib.

“ Biz daşıyıcılara şəffaf arakəsmələrlə bağlı göstərişlər vermişik. Əməl etməyənlərə yenidən xəbərdarlıq olunur. Taksilərlə bağlı onu qeyd edim ki, şəffaf arakəsmələrin olmayan taksilərə fərqlənmə nişanı verilmir. “ – deyə BNA sözçüsü Mais Ağayev qeyd edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR