Azərbaycanda koronavirusa yoluxanların sayı ilk dəfə 500-ü keçdi -

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 508 yoluxma faktı qeydə alınıb, 335 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 13 min 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 7503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib. Aktiv xəstə sayı 6045 nəfərdir.

Ötən müddət ərzində 432 min 858 test aparılıb. Bugünkü test sayı isə 6464-dür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR