Türkiyədə koronavirusdan ölüm sayı 5 mini ötdü

Türkiyədə son sutka ərzində 27 nəfər koronavirus infeksiyasından dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, 1268 yeni yoluxma faktı qeydə alınıb. Bununla Türkiyədə pandemiya qurbanlarının sayı 5001, virusa yoluxanlar isə 190 165 nəfərə çatıb.

Türkiyədə indiyədək 162 848 xəstə sağalaraq evə buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR