​Nəsimi rayonunda iki qonşu mənzildən oğurluq edilib

Nəsimi rayonunda iki qonşu mənzildən oğurluq edilib.

Metbuat.az xəbər verir ki, cinayət hadisəsi Həzi Aslanov küçəsi 97 ünvanında yerləşən ümumi həyətdəki iki mənzildə baş verib.

Naməlum şəxs və ya şəxslər gündüz saat 12 radələrində evdə heç kimin olmamasından istifadə edərək, həmin ünvandakı A.Mehdiyevə məxsus 2 nömrəli mənzildən pul, qızıl-zinət əşyaları götürüblər. Ev sahinibə ümumilikdə təxminən 9 min manatlıq ziyan dəyib.

Digər qonşu mənzildən də isə telefon və digər əşyalar götürülüb.

Hadisə ilə bağlı ərazi üzrə polisə müraciət edilib.

Hazırda oğurluğu törədən şəxs və ya şəxslərin axtarışları davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR