Marketdən oğurluq edən şəxs saxlanılıb -

Abşeronda marketdən oğurluq edən şəxs saxlanılıb.

Baku.Tv xəbər verir ki, Mehdiabad Polis bölməsinə qəsəbə əraziisndə bir marketdən oğurluq edilməsinə dair məlumat daxil olub. Əraziyə baxış keçirilən zaman aydın olub ki, naməlum şəxs 335 manat dəyərində ərzaq mallarını oğurlayıb. Eləcədə orada yerləşən post terminalı aparatını yararsız hala salmaqla 1000 manat dəyərində maddi ziyan vurub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini əvvəllər məhkum olunmuş, 30 yaşlı Məhbub Əliyev tutulub. Oğurladığı ərzaq malları isə yaşadığı ünvandan tapılaraq maddi sübut kimi götürülüb.

Daha sonra Məhbub Əliyevin yaşadığı evə baxış keçirilib. Oradan narkotik vasitə olan 3 ədəd xüsusi bükümdə metafetamin tapılaraq aktlaşdırılıb. Saxlanılan şəxs tutduğu cinayət əməlini etiraf edib və bu işdən peşiman olduğunu bildirib. Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR