Yevlaxda çətənə bitkisi yetişdirən şəxs məsuliyyətə cəlb edildi

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri qanunsuz olaraq daşımaqda şübhəli bilinən rayonun Qaraoğlan kəndində yaşayan Rəşad Kərimov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman cibindən qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlə R.Kərimova narkotik vasitəni verən şəxsin onun həmkəndlisi Danil Çurkin olduğu müəyyən edilib. D.Çurkinin istifadəsində olan torpaq sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi təmiz çəkisi 5 kq-dan artıq 22 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR