.

Azərbaycanda ən çox hansı mineral suya tələbat var? - STATİSTİK ARAŞDIRMA

.

Su canlı aləmin fəaliyyətində böyük rol oynayır ki, canlı varlıq susuz yaşaya bilməz. Hər bir insan gündəlik tələbini ödəmək üçün 2 litrdən artıq su qəbul etməlidir. Bu qədər normanı insanlar müxtəlif içkilərlə, məsələn, su, çay, qəhvə, şirələr, təbii və mineral sular və s. ilə ödəyirlər.

Metbuat.az xəbər verir ki, Azərbaycanda əhalinin 83 faizi mineral və bu kateqoriyadan olan suların alıcısıdır.


Mineral su istehlakçılarının seçimi arasında lider “Sirab” markasıdır.

”Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Karbon qazlı “Sirab” mineral suyu güclü şirəqovma təsirinə malikdir. Maddələr mübadiləsinin pozğunluğu, qara ciyər, öd , mədə bağırsak xəstəlikləri, tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən,allerqik rinit xəstəliyinə tutulmuş insanlara “Sirab” içmələri məsləhət görülür.

“Sirab” 2017-ci ildə 12 faiz, 2018-2019-cu illər də artım dinamikası göstərərək 14 faiz alıcı kontingentinə sahib olub.

“Sirab” markası kimi“Bonaqua” süfrə suyuna da tələbat yüksəkdir.

“Bonaqua” suyu dünyanın ən iri sərinləşdirici içki istehsalçısı olan “Coca-Cola” şirkətinin 500 brendindən biri olmaqla “Azerbaijan Coca-Cola Bottlers” tərəfindən istehsal edilir.

“Azerbaijan Coca-Cola Bottlers” şirkəti “Bonaqua” məhsullarının istehsalı prosesində tanınmış Şollar suyundan istifadə edir.

Azərbaycanda 2017-2019-cu illər arasında “Bonaqua” markası əvvəl inkişaf, sonra isə alıcı itkisi ilə üzləşib.

Belə ki, 2017-ci ildə 14 faiz, 2018-ci ildə 18 faiz alıcı məmnuniyyəti qazanan “Bonaqua” markası, 2019-cu ildə 4 faiz geriləyərək yenidən 14 faizdə qərarlaşıb.

Şahbuz rayonunun Badamlı qəsəbəsindən dəniz səviyyəsindən 1274 metr yüksəklikdən çıxan yeraltı su olan “Badamlı” mineral suyu da illər ərzində öz alıcısının məmnuniyyətini qazana bilib. Badamlı təbii mineral süfrə suyunun daha müasir texnologiya əsasında emalı üçün Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən və ümumi sahəsi 9590, istehsal sahəsi isə 3600 kv. m. olan yeni istehsal müəssisəsi tikilmişdir. Zavod inşasına 2008-ci ilin avqust ayında başlanmış və 03-08-2009-cu ildə istifadəyə verdilmişdir. Mineral suyun qablaşdırılması üçün müəssisədə Fransa’nın “SİDEL” şirkətinin istehsalı olan avadanlıqlar quraşdırılmışdır.


2017-2019-cu illər arasında “Badamlı” mineral su markasına tələbat dəyişkən olub.

2017-ci ildə 12 faiz, 2018-ci ildə 16 faiz, 2019-cu ildə 13 faiz mineral su alıcısının seçimi “Badamlı” – olub.

Əsası 1997-ci ildə qoyulmuş “TAC” MMC qısa bir zamanda daxili bazarda içməli su istehsalçıları arasında liderlik mövqelərindən birinə sahib olan şirkətlərdəndir. Şirkət əsasən iki əsas brend ilə tanınır: qablaşdırılmış bulaq suyu “Aquavita” və spirtsiz içkilər olan “Gülüstan”.

Bazara daxil olandan “Aquavita” marka sular ilk gündən alıcı diqqəti toplaya bilib.

2017-2019-cu illər arasında 9-10 faiz artım dinamikası ilə inkişaf edən “Aquavita” markası hazırda 11 faizdə qərarlaşıb.

Gürcüstanın Borjomi dərəsindən çıxan qazlı mineral su brendi olan “Borjomi” vadidə artezian bulaqları Bakuriani dağlarının zirvələrini əhatə edən buzlaqlardan 2,300 m (7,500 ft) yüksəkliklərdə süzülən sular ilə qidalanır. Su nasossuz səthə qalxır və Borjomi şəhərində yerləşən iki şüşə zavoduna boru ilə nəql olunur. Gürcüstan və Rusiya tədqiqatçıları tərəfindən Borjomi suyunun istifadəsi bir sıra həzm xəstəliklərinin və şəkərli diabet xəstələrinin kompleks müalicəsi üçün təklif edilmişdir.

Azərbaycanda da öz alıcı kütləsi olan “Borjomi” mineral suyu illər ərzində öz pilləsində durmağı bacarıb.

Üç il ərzində “Borjomi” brendi 4 faizdən 9 faizə qədər yüksələ bilib. Nisbətən xüsusi alıcı kütləsi olan süfrə suyu və mineral su markaları arasında “Aqua Mineral” və “Slavyanka” da var. Bu markalar 6-7 faiz alıcının marağındadır.

Azərbaycanda 26 faiz alıcı öz damaq zövqünə və regiona görə digər adda olan su markalarına üstünlük verir.


Bura 5 faiz “Qax Suları”, 4 faiz “Şah Dağ”, “Nataxtari”, “Gədəbəy” su markası, 3 faiz “Esentuki”, 2 faiz “Nabeglavi”, “Göy-göl”,və 2 faiz digər adda olan mineral və süfrə su markaları daxildir.

Qeyd edək ki, bu məqalədə istifadə olunan iqtisadi göstəricilər Metbuat.az-ın "ERA" Marketinq Mərkəzindən aldığı məlumatlara əsaslanır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR