Cinayət işləri ilə bağlı məhkəmələr onlayn keçiriləcək -

Dünya ölkələri pandemiya şəraitində vətəndaşların məhkəmələrə əlçatanlığını təmin etmək, ədalət mühakiməsini dayandırmamaq məqsədilə müxtəlif həll yolları axtarır.

Baku.Tv xəbər verir ki, mütərəqqi addımlardan biri kimi bu sahədə də elektron texnologiyalar köməyə çatır. Hansı ki, bizim ölkədə də bu vasitələrdən geniş istifadə edilir və onların köməkliyi ilə mülki işlərə məhkəmələrdə onlayn şəkildə baxmaq mümkündür. Bundan sonra isə tək mülki yox, cinayət işləri ilə də bağlı məhkəmələr onlayn şəkildə baş tutacaq. Bu barədə qərar Məhkəmə-Hüquq Şurasının iclasında verilib.

Məhkum və təqsirləndirilən şəxsin onlayn şəkildə bilavasitə təcridxana və cəzaşəkmə müəssisələrindən dindirilməsi həm cinayət sahəsində ədalət mühakiməsinin daha çevik həyata keçirilməsi, həm də vətəndaşların hüquqlarının daha etibarlı qorunmasına şərait yaradır. Yenilik eyni zamanda dövlət tərəfindən bu sahəyə xərclənən vəsaitin qənatinə gətirib çıxardacaq. Cinayət işi üzrə online proses 2018-ci ildə Yasamal rayon məhkəməsində pilot layihə kimi artıq sınaqdan da çıxarılıb. Nəticə isə müsbət olub.

Ramin Qurbanovun sözlərinə görə yenilik pandemiyadan sonrakı mərhələdə də geniş istifadə oluna bilər. Layihə hazırda baxılması üçün Milli Məclisə təqdim edilib. Təsdiq edildikdən sonra isə ölkəmizdə cinayət proseslərinin onlayn keçirilməsi mümkün olacaq. Bütün bunlar isə ölkə başcısının məhkəmə sahəsində apardığı islahatların tərkib hissəsidir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR