Koronavirusun 4 yeni əlaməti tapıldı: Əgər burnunuz axırsa...

Çində meydana gələn yeni növ koronavirusun 4 yeni əlaməti tapılıb.

Metbuat.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzi (CDC) bununla bağlı rəsmi açıqlama yayımlayıb. Açıqlamada halsızlıq, ishal, burun axması və mədə bulanması yeni əlamətlər olaraq göstərilib.

Bununla da koronavirusun əlamətləri 11 olub. Bundan öncə qızdırma, öskürək, nəfəs darlığı, əzələ ağrısı, bağ ağrısı, dad və qoxu qabiliyyətinin itirilməsi, boğaz ağrısı əlamətləri aşkar edilmişdi.

Mənbə: sondakika.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR