DÜNYAYA ŞAD XƏBƏR -

Boston Universitetinin Milli Yoluxucu Xəstəliklər Laboratoriyasının tədqiqatçıları təcrübə əsasında koronavirusu 25 saniyədə məhv etməyin üsulunu tapdılar.

Metbuat.az xəbər verir ki,tədqiqat nəticəsində məlum olub ki, uzaq məsafədən ultrabənövşəyi radiasiya, virusu tamamilə aradan qaldırır.

Təcrübələrdə iştirak edən mikrobioloq Entoni Qriffitin başçılıq etdiyi alimlərdən ibarət komanda SARS-CoV-2 virusuna yoluxmuş əraziləri ultrabənövşəyi şüaların köməyi ilə şüalandırıb yeni bir müalicə üsulu kəşf ediblər.

Təcrübələr əsasında məlum olub ki, 1 kvadrat santimetrə 5 meqacoul dozada koronavirusun yayılması altı saniyədə 99 faiz azalır, 1 kvadrat santimetrə 22 meqacoul dozada isə, virus 25 saniyədə tamamilə məhv olur.

Mənbə:Biospace.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR