SON DƏQİQƏ: Türkiyə parlamentinin deputatında koronavirus aşkarlandı

Türkiyə parlamentinin deputatında koronavirus aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə HDP-dən (Xalqların Demokratik Partiyası) məlumat verilib. Açıqlamada deputatın hal-hazırda həkim nəzarəti altında olduğu, vəziyyətinin yaxşı olduğu qeyd edilib.

Bildirilib ki, millət vəkillərinin olduğu mərtəbədə bir işçinin koronavirusa yoluxmasından sonra onlar koronavirus testindən keçiriliblər. Deputatlardan birinin testi pozitiv çıxıb. Sözügedən millət vəkilinin adı açıqlanmayıb.

Mənbə: Haberler.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR