Koronavirusa təkrar yoluxmaq mümkündür? -

"Koronavirus xəstəliyini doğrudan da keçirənlər təkrar virusa yoluxa bilməz".

Metbuat.az xəbər verir ki, bu barədə professor Adil Qeybulla açıqlama verib.

''Virusa yoluxanların bədənində bu xəstəliyə qarşı immunitet yaranır. Bu ştam onsuz da bir də təkrar olunmayacaq. Gələn il peyda olunan ştam tamamilə başqası olacaq. Ona görə də bu variant və insanların təkrar xəstələnməsi mümkün deyil".

Bəs koronavirusa yoluxan insanlar ömür boyu ağ ciyərlərindən əziyyət çəkəcəklər?

"Koronavirusun bədəndə lövbər salması real deyil. Bu o deməkdir ki, daima xəstəlik kəskinləşər və sönər. Belə bir bir şey mümkün deyil. COVİD-19-un bu ilin sonuna kimi mutasiyaya uğrayıb yoxa çıxacağı proqnozlaşdırılır. Ona görə də narahatçılığa əsas yoxdur. Gələn il isə koronavirusun yeni bir stamı peyda olacaq.Bu, nə dərəcədə mövsümi soyuqdəymə törədəcək, yoxsa daha ağır olacaq, indidən demək çətindir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR