Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək -

İyunun 27-də havanın dəyişmə ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

“Bölgələrimizdə də yaxın iki gün ərzində 27si və 28ində hava şəraitinin qeyri-sabit keçəcəyi, Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı ayrı yerlərdə bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Havanın temperaturunun günorta saatlarında 35 dağlıq ərazilərdə isə 20-25 dərəcə isti təşkil edəcək. – deyə ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosunun Direktoru Gülşad Məmmədova bildirir.

Bölgələrdə yağışların iyunun 28-də artıq axşama doğru tədricən kəsiləcəyi və 29-u gündüz əsasən yağmursuz hava şəraiti ilə əvəz olunacağı praqnoz olunur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR