.

Şəbnəm Tovuzlunun dəbdəbəli villasından paylaşımı başına BƏLA OLDU...- FOTOLAR

Müğənni Şəbnəm Tovuzlu karantin rejimini Novxanıda yerləşən dəbdəbəli villasında keçirir.

Metbuat.az xəbər verir ki, Şəbnəm Tovuzlu İnstaqramda bağ evindən səhər yeməyi zamanı çəkilən fotosunu paylaşıb. Bu isə şəbəkə izləyicilərini özündən çıxarıb.

Onlar Şəbnəm Tovuzlunu paylaşımına görə tənqid ediblər. Sosial şəbəkə izləyicilərinin "Allah olmayanlara belə süfrə qismət etsin" şərhi müğənnini əsəbiləşdirib.

O, "Burada elə bir güclü süfrə yoxdur, hər kəsin evində var. Vay-vay guya pomidor, yumurta, pendir ala bilmirsiniz? Heç kim acından ölmür. "Wi-Fi"yə pul tapılır, iki yumurtaya yox?", - deyə cavab verib. Daha sonra şəbəkə izləyiciləri müğənnini görməmiş olmaqda ittiham edərək "Guya kasıblıq yaşamamısınız?!" deyə yazıblar.

Sözügedən fotoları təqdim edirik:


(Teleqraf)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR