TƏBİB-in mətbuat katibi koronavirusa yoluxub? -

Sosial şəbəkələrdə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyevanın koronavirusa yoluxması ilə bağlı xəbərlər yayılmaqdadır.

Metbuat.az xəbər verir ki, Rəvanə xanım BAKU.WS-ə açıqlamasında xəbəri təkzib etdi:

"Yayılan xəbər doğru deyil. Mən koronavirusa yoluxmamışam".

Xatırladaq ki, ötən həftə R.Əliyevanın anasında COVİD-19 aşkarlanmışdı. TƏBİB rəsmisi həmin xəbərdən sonra ailəsilə yaxın kontaktının olmadığını açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR