9 tona yaxın çətənə kolu məhv edildi

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin və Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Orand kəndinin ərazisində 6 hektar sahədə yabanı halda bitmiş 5 ton 648 kiloqram çəkidə 13 min 850 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən isə Qax rayonunun Uzuntala kəndi ərazisində yabanı halda bitmiş 3 ton 247 kiloqram çəkidə 3 min 681 ədəd çətənə kolu aşkarlanıb. Həmin kollar yandırılaraq məhv olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR