Koronavirusa yoluxanların sayı 10 milyonu ötdü -

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 10 milyon nəfəri keçib.

Metbuat.az xəbər verir ki, hazırda virusa yoluxma sayı 10 milyon 453, pandemiya qurbanlarının sayı isə 498 min 952 nəfərdir.

İndiyədək 5 milyon 414 min 648 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemiya 213 ölkədə qeydə alınıb. Son günlər dünyanın bir çox ölkələrində virusa yoluxma sayında yenidən artım müşahidə edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR