İlk dəfə bir nazir koronavirusda ikinci dalğaya girdiklərini açıqladı

İsrail Səhiyyə naziri Yuli Edelsteyn ölkəsinin koronavirus epidemiyasında ikinci dalğaya girdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, özünün "Tvitter" hesabında açıqlama verən nazir qeyd edib:

"Koronavirusun ikinci dalğasının başlanğıcındayıq, buna görə də, yeni məhdudiyyətlər tətbiq etməyə məcburuq".

Qeyd edək ki, İsraildə son 24 saatda 1 nəfər virus səbəbindən ölüb, 218 yeni yoluxma qeydə alınıb.

Mənbə: Haberler.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR