İranda son sutkada koronavirusdan 162 nəfər öldü

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 162 nəfər vəfat edib.

Metbuat.az bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 10 670 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2 536 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 225 205 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 186 180 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3037 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Mənbə: İRNA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR