Bakı metrosunda 2 yeni qatar istifadəyə verildi -

Bu ayın əvvəlində Rusiyadan gətirilərək Bakı metropoliteninin vaqon parkına əlavə edilmiş 4 yeni qatardan ikisi artıq xətdədir. Baku.Tv xəbər verir ki, bununlada metropoliten xətlərində hərəkət edən müasir tipli vaqonlardan ibarət qatarların sayı 13-ə çatdırılıb.

"Bakı Metropoliteni" QSC-nin sözçüsü Bəxtiyar Məmmədovun sözlərinə görə, qatarlar sınaq yoxlanışından çıxarılıb və xəttə buraxılmaq üçün hazır vəziyyətə gətirilib. Vaqonlarda ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yükləri, uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün isə xüsusi sahələr ayrılıb. Vaqonlardakı tutacaqlar da sərnişin sıxlığı nəzərə alınmaqla layihələndirilib.

“Bu qatarın vaqonları daha enlidir. Bu isə o deməkdir ki sərnişinlərimiz qatara daha rahat, eyni zamanda daha çevik daxil olurlar. Bu qatarların vaqonlarında istilik izolyasiyası və səs-küy izolyasiyası xüsusi olaraq nəzərə alınıb, bu da sərnişinlərin daha rahat hərəkət etməsinə kömək edir. Bir vaqondan digər vaqona keçidlər də mövcuddur. Bu qatarlarda sərnişinlərin 15% qədər sayını artırır, ən əsası sərnişinlərin qatar boyunca paylanmasında xüsusi rol oynayır. Baş vaqonlarda 38 orta vaqonlarda 44 oturacaq var . Həmçinin baş vaqonda 315 sərnişin orta vaqonllarda isə 329 sərnişin mənzil başına rahat hərəkət edə bilir.” – deyə Bəxtiyar Məmmədov qeyd edir.

Digər iki qatarda sazlama işləri tamamlanmaq üzrədir. Yaxın günlərdə müvafiq sınaq və tənzimlənmə tədbirlərindən sonra hər iki qatarın xəttə verilməsi gözlənilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR