Azərbaycanda sellərin olma ehtimalı böyükdür -

Azərbaycanda sel hadisələri əsasən Böyük Qafqazın cənub yamacında, Naxçıvan Muxtar Respublikası ərazisində, Kiçik Qafqazın şimal və şərq yamaclarında baş verir.

Baku.Tv xəbər verir ki, meşələrin qırılması, yaylaqların, otlaqların həddən artıq yüklənməsi isə sellərin daha tez-tez yaranmasına gətirib çıxarır.

“Sel adətən azərbaycan ərazisində iyun ayında, bir də sentyabrın axırı, oktyabr ayında daha çox müşahidə edilir ki, həmin aylar bizdə güclü leysan yağışlarının müşahidə edildiyi dövrlərdir. İndi azərbaycanda demək olar ki, sel hər il edilir. Bu il də istisna deyil. Və yəqin ki, qarşıdakı aylarda yəqin ki yenə sellər müşahidə olunacaq.” –deyə AMEA-nın Coğrafiya Institutunun Direktor Müavini Məhərrəm Həsənov bildirib.

Alim sellərin Azərbaycan üçün yaradacağı fəsadlara da toxundu.

“Turizm istirahət obyektləri daha çox tikiləndən sonra biz mənzərəni nəzərə alaraq çay yatağında turizm obyektləri tiklir. Sel birinci növbədə bunlara zərər verəcək və verirdə. İkinci kənd təsərrüfatına. Yəni sel baş verəndə çox böyük əkin sahələri qalır suyun altında və həmin məhsul məhv olur. Yəni yolların dağıdılması , həyətlərin suyun basması, mal heyvanın sel tərəfindən apaılması kimi fəsadlar həmişə gözlənilir. "

Bununla belə selə qarşı mübarizə üsulları da mövcuddur. Məhərrəm Həsənov deyir ki, selin formalaşdığı dağlıq ərazilərdə kol, ot və ağac kimi maneələr əkməklə torpağın uçmasının qarşısını almaq mümkündür. İkinci alternative variant isə çayların qarşısında bəndlər atmaqla suyun axınını dəyişməkdir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR