.

Sabirabadda iki avtomobil toqquşub - Ölən var

Sabirabad rayonunun Poladtuğay kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, iyunun 28-də saat 11 radələrində Sabirabad rayonunun Poladtuğay kəndi ərazisində kənd sakini Şamxal Əsgərovun idarə etdiyi “VAZ-2107” və Salyan rayon sakini H.Nəcəfovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Əsgərov xəstəxanaya aparılarkən yolda ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR