.

Kriptovalyutanın ilk nümayəndəsi Bitkoin haqqında ARAŞDIRMA - EKSPERT RƏYİ / VİDEO

Bitkoin, komissiya agentlərinin (ticarət əməliyyatlarında vasitəçilərin) iştirakını istisna edən ilk rəqəmsal valyutadır. 2008-ci ildə Satoshi Nakamoto tərəfindən yaradılmış, hər hansı bir bankla, rəsmi təşkilatlarla və s ilə əlaqəsi olmayan, ancaq ölkələrin pul vahidləriylə alınıb satıla bilən, transfer edilə bilən bir növ rəqəmsal pul vahididir.

Mövzu ilə bağlı Metbuat.az-a özəl müsahibə verən Almaniya Comdirect Bankının baş ofisində Maliyyə və İnvestor Əlaqələrinə Nəzarət şöbəsində çalışan iqtisadçı-ekspert Murad Calalov bildirdi ki, bitkoinlər son dövürlərdə daha çox gündəmdə olmasına baxmayaraq insanlar tərəfindən mahiyyəti tam başa düşülmür.


“İnsanlar ilk dövürlərdə istehsal elediyi malı və xidməti başqa bir məhsul ilə dəyişdirirdilər. Bu mübadilə zamanı qiymətli metaldan qızıl və gümüşdən istifadə olunmağa başlandı. Zaman keçdikcə bankların yaranmasına ehtiyac yarandı. Bu qiymətli metalların daşınması ağır olduğu üçün banklar onları insanlardan alıb, əvəzində eyni dəyərdə olan kağız qəbzlər verməyə başladılar. Bunun vasitəsi ilə insanlar ticarət edə və istədikləri vaxt həmin qəbzləri geri qaytarıb qızılı bankdan götürə bilərdilər.

Zaman keçdikcə makroiqtisadi dəyişikliklər nəticəsində pul əskinazları ilə qızıl arasındakı bu bağ qırıldı.

Dövlət pul əskinaslarının dəyərinə görə birbaşa özünün cavabdeh olduğunu söylədi. Bununla da insanlar ancaq hökümətin vədindən başqa heç nə ilə dəstəklənməyən pul əskinasları ilə ticarətə başladılar. O gündən dövriyyədə olan pullar “Fiat Money” adlandırıldı. Heç bir xarici resursa deyil, tamamilə hökümətin siyasətinə bağlı olan pul əskinaslarının nə qədər çap ediləcəyinə müstəqil dövlət qurumları olan Mərkəzi Banklar qərar verdi.’’

Murad Calalov bildirdi ki, qiymətli metalların, bitkoinlərin və s. alınıb satılmasını belə başa düşmək olar ki, müasir addımlarla yenidən əvvəlki qədim dövürlərə qayıdırıq.

Bəs bitkoinin əsas üstünlükləri nələrdir? Bitkoin hesablarından necə istifadə oluna bilər?

“Bitkoin dünyanın ən böyük və birinci “cryptocurrency” adlandırılan, bankdan asılı olmayan yəni, bir mərkəzdən idarə edilməyən vəsaitlərin köçürülməsini yoxlamaq üçün şifrələmə üsullarından istifadə olunan rəqəmsal bir valyutadır. Bitkoinlərin özünə görə müsbət cəhətləri çoxdur. Onlardan ən birincisi banklardan fərqli olaraq mərkəzləşdirilməmiş idarə etməyə və şəffaf əməliyyat sisteminə sahib olmasıdır. Açılan hesab şəxsin öz adına olmaya da bilər. Bitkoinlərlə olunan əməliyyatların hammısı ‘’blockchain” adlandırılan rəqəmsal informasiyaların saxlandığı bazada yığılır ki, burada bütün transfer əməliyyatlarını görmək olur. Bitkoin sahibləri onun vasitəsi ilə əməliyyatlarını internet üzərindən rəqəmsal imza vasitəsi ilə aparırlar. Ehtiyac yaranarsa bitkoinlərlə nəinki internet üzərindən hətta bəzi ticarət mərkəzlərindən alış-veriş edə, eyni zamanda bir-birinin hesabına bitkoin köçürə də bilirlər.’’

Nəhayət, bitkoin mədənini özünüz edə bilərsiniz. İlk baxışdan mədənçıxarma bitkoinləri "pulsuz" əldə etməyin bir yolu olduğu görünür. Ancaq əslində mədən bitkoinləri üçün bir bulud xidməti vasitəsi ilə avadanlıq icarəyə götürməli və ya ən qabaqcıl video kartları almalı olacaqsınız.

Bəzi insanlar 24/7 bitkoinləri toplamaq üçün şəbəkədəki hesablama mənbələrini icarəyə götürməyi üstün tuturlar. Digər insanlar sistemlərinin işinə çox təsir edə biləcək prosessor və ya kompüterlərinin qrafik kartlarını eyni məqsəd üçün istifadə edirlər. Bundan əlavə, bu vəziyyətdə elektrik xərcləri əhəmiyyətli dərəcədə artır.


Burada maraqlandıran digər bir sual isə bitkoinlərin qiymətinə təsir edəcək amillərdir. Ekspert bildirdi ki, bitkoinlərin qiymətinə təsir edən amil tələbdir.

“Bitkoinlərə tələb artanda qiymətləri arta, azalanda isə qiymətləri düşə bilər. Bitkoinlərə investor kimi ya da ticari yönümlü yanaşma olmalıdır. Əgər bitkoinlərə investisiya olunursa bu o deməkdir ki, investorlar bitkoinları uzun zaman kəsiyi üçün alırlar. İkinci yanaşma isə bitkoinlərlə qısa zaman kəsiyində ticarət etməkdir ki, burada ticarətçilər bitkoinləri qısa zamanda alıb və satmağa daha çox maraq göstərirlər. Çünki onlar düşünürlər ki, gəlir əldə etmək qısa zaman üçün daha səmərəlidir. Bunun üçün də onlar daima, hər dəqiqə onlayn olaraq əməliyyatları izləyirlər. Çünki birjalardan fərqli olaraq bitkoinlər üzərindən əməliyyat aparmağın açılma və bağlanma vaxtı yoxdur. Daima əməliyyatlar etmək mümkündür.’’


Murad Calalov qeyd etdi ki, hazırda bitkoinlərin ən çox məşhur olduğu ölkələr arasında Yaponiya, İsveçrə, Sinqapur, Luksenburq kimi ölkələrin adları var. Azərbaycanda da bitkoinlərə böyük maraq var. Dünya üzrə 1 bitkoinun bir illik qiyməti fərqinə baxsaq görərik ki, 2019 -cu il iyulun əvvəlində təqribi 12 min avrodan dan yuxarı olub ki, bu da bir il ərzindəki ən yüksək göstəricidir. Ən ucuz qiymət isə mart ayında 5 min avro olub. Hal-hazırki qiyməti isə 8 min avrodan yuxarıdır.

Gülbəniz Hüseynli /Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR