Azərbaycanda karantin rejimi daha 2 həftə uzadılacaq

"5 iyuldan sonra xüsusi karantin rejiminin 2 həftə müddətinə artırılması barədə rəylər və fikirlər var".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün Nazirlər Kabinetinin yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib.

O deyib ki, yaxın günlərdə əhaliyə daha ətraflı məlumat bildiriləcək.

H.Hacıyev bildirib ki, karantin rejiminin uzadılmasında məqsəd əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR