Ramin Bayramlı istefa verib? -

TƏBİB rəhbəri Ramin Bayramlı istefa verməyib, hazırda iş başındadır.

Metbuat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, TƏBİB-də COVID-19-a qarşı mübarizə ilə bağlı layihələr həyata keçirilir və Ramin Bayramlı həmin layihələrə rəhbərlik edir:

"Bu gün Türkiyədən həkimlər dəvət olunub. Ramin Bayramlı onlarla birlikdə çalışır. Bundan əlavə, Ramin Bayramlı xəstəxanalarda xəstələrin vəziyyətini şəxsən nəzarətdə saxlayır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR