“Al Market”dən oğurluq edən şəxs saxlanıldı

Bakıda mağazada oğurluq hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə mayın 14-də Binəqədi rayonu DSK yolunda yerləşən “Al Market”də qeydə alınıb.

Belə ki, naməlum şəxs satıcının fikrini yayındırmaqla 138 manatlıq tütün məmulatları oğurlayıb.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübləli bilinən 1970-cı il təvəllüdlü Vüqar Kərimov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR