x
Loading...
.

Anası və qardaşını diri-diri yandırdı -

.

2018-ci il iyunun 22-i gecə saat 2 radələrində Xəzər rayonunun Qala qəsəbəsindən, yaşadıqları evdən yanıq xəsarətləri ilə Toksikologiya Mərkəzinə 59 yaşlı Nina Soloveykina, Respublika Yanıq Mərkəzinə isə onun oğlu 16 yaşlı Vadim Soloveykin çatdırılıblar. Baku.Tv xəbər verir ki, göstərilən tibbi yardımlara baxmayaraq vəziyyəti ağır olan oğlan 2 gündən sonra orda vəfat edib.

Barəsində axtarış elan olunmuş Vitaliy Kolosov sentyabrın 22-də tutulub.

İstintaqla müəyyən edilib ki, 2018-ci il mayın 18-də Vitaliy Kolosov yaşadıqları Qala qəsəbəsində anası Nina Soloveykinanın onu danlamasına görə əsəbiləşib və sonuncunu vurmaq istəyərkən, bacısı Samirə Rzayeva mübahisəyə müdaxilə edib. O, bacısını yerə yıxıb, boşqab, oturacaq və digər əşyalarla başına, habelə bədəninin müxtəlif nahiyələrinə zərbələr yetirərək, zərərçəkmişə xəsarətlər yetirib və evdən qaçıb. Daha sonra, psixi pozuntusu ilə əlaqədar iyunun 1-də 1 №-li Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Kolosov ayın 17-də orda qaçaraq, ailə üzvlərindən qisas almağı qərarlaşdırıb. Yaşlı anası, bacısı və yetkinlik yaşına çatmayan qardaşı ilə birlikdə evi yandırmağı planlaşdırıb. Qala-Türkan yolunda yerləşən yanacaqdoldurma məntəqəsindən sintetik qabda 1 litr neft alıb. Ayın 22-i gecə saat 1 radələrində ailə üzvlərinin evdən çıxmaqlarının qarşısını almaq məqsədi ilə giriş qapısına taxtanı dirəyib və yaxınlarını diri-diri yandırmaqdan ötrü yanacağın bir hissəsini çöl tərəfdən töküb alışdırıb. Digər hissəsini isə sintetik qabla birlikdə yandırıb, pəncərədən evin otağına atıb. Ağır yanığ şoku almış Vadim Soloveykin vəfat edib, anasının həyatını xəstəxanada həkimlər xilas ediblər, bacısı isə hadisə vaxtı ümumiyyətlə evdə olmayıb.

Ətraflı videonu təqdim edirik :



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR