Goradil kəndi - Tarixi bilinməyən insan məskəni -

Goradil kəndi Novxanı və Fatmayı bağlarının yaxınlığında yerləşir.

Bakı şəhərindən 25 kilometr aralıda yerləşən Görədil kəndi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biridir. Tarixi bilinməyən məscid və digər mədəniyyət abidələri buranın qədimliyindən xəbər verir. Görədil kəndi Abşeron yarımadasının ən dilbər güşələrindəndi. Əsl adı Horadil olub bəzi tədqiqatçılara görə, toponim tat dilindəki qala və ərəb dilindəki tel təpə sözlərindən olub, "qala təpəsi" mənasındadır. Həmin yaşayış məntəqəsinin vaxtı ilə Biləcəri və Masazırdan köçüb gəlmiş ailələr tərəfindən yaylaq yeri üçün salındığı bildirilir. Baku.Tv əməkdaşları qədim kənddə olub. Maraqlı reportaj hazırlayıblar.

Videonu təqdim edirik :




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR