Toplu halda basdırılan yüzlərlə uşaq cəsədi tapıldı, ağızlarında tapdıqları ŞOK ETDİ -

Polşanın Podkarpakie əyalətində Jezove kəndi yaxınlığında bir avtomobil yolu inşası üçün qazıntılar aparılarkən XVI əsrin sonlarından qalan məzarlıq aşkar edilib.

Metbuat.az bildirir ki, işçilərin skeletleri tapmasından sonra sahəyə arxeologiya mütəxəssisləri gəliblər. Ərazidə tapılan 115 cəsəddən 70-80%-nin uşaq olduğu bildirilib. Onların bəzilərinin ağzında qədim sikkələrin olduğu qeyd edilib.

Arxeoloq Katarizina Olesek açıqlamasında deyib ki, cəsədlərin ağzında sikkələrin olması inanclarla bağlıdır və bu xristianlıqdan öncə olan bir ənənə olub. Bu inancın XIX əsrə qədər davam etdiyi bildirilib.

Mənbə: sondakika.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR