Koronavirusdan ölənlərin sayı 520 mini ötdü

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 10 milyon 919 min 516 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, hazırda pandemiya qurbanlarının sayı 521 min 388 nəfərdir.

İndiyədək 6 milyon 106 min 402 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 213 ölkədə qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR