Ağ evə siçanlar hücum etdi -

ABŞ-ın paytaxtı Vaşinqtonda siçanlar nümayişçilərin muxtar bölgələr elan etmək istədikləri yerlərə hücum ediblər.

Metbuat.az xəbər verir ki, ABŞ-ın Minnesota ştatında, Minneapolisdə 46 yaşındakı afrika amerikalı Corc Floydun ölümündən sonra bütün əyalətlərdə nümayişlər bir aydan çox davam edib.Ərazinin zibillənməsi nəticəsində 205 yaşlı Müqəddəs Yəhya Kilsəsinin qarşısı zibiliyə çevrilib.Son günlər həmin zibilliklərə həşəratların və siçanların hücumu başlayıb.

Vaşinqton boyunca təxminən 400 min siçanın yaşadığı təxmin edilsə də, bələdiyyə, paytaxtın həll olunmayan problemlərindən biri olan siçanlara hər il 1 milyon dollardan çox büdcə ayırır. ABŞ-da siçan problemi olan ilk 10 şəhər bunlardır: Chicago, Los Angeles, New York, Washington, San Francisco, Detroit, Philadelphia, Cleveland, Baltimore and Denver.

Sosial şəbəkələrdə Ağ Evin mətbuat otağında bir jurnalistin üzərinə tavandan siçan düşməsi xəbərləri yayılıb.Bu barədə NBC müxbiri Peter Alexander Twitter hesabında paylaşıb.

Siçanlar və tarakanların ABŞ prezidentləri üçün yeni problem olmadığı məlumdur. Əvvəllər prezidentlər və həyat yoldaşları Ağ Evin gəmirici problemini tez-tez üzləşiblər.

Elə bu səbəbdən də Prezident Donald Tramp Ağ Evi 2017-ci ildə "əsl zibillik" adlandımışdı.


Mənbə:Haberglobal.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR