Fransa Baş naziri istefa verdi: Bələdiyyə sədri seçildiyi üçün

Fransa Baş naziri Eduard Flipp vəzifəsindən istefa edib. Buna səbəb onun Le Havra Bələdiyyə sədri seçilməsi olub.

Metbuat.az xəbər verir ki, Fransa prezidenti Emanuel Makronun istefanı qəbul etdiyi bildirilib. Flippin yeni bir kabinet qurulana qədər vəzifəsinə davam edəcəyi qeyd edilib.

Qeyd edək ki, ötən həftələrdə yerli seçimlərdə Makronun partiyası məğlub olmuş və Makronun heyətində bir dəyişiklik ediləcəyi siqnalı verilmişdi.

Mənbə: Haber7


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR