.

Azərbaycanda koronavirusun ikinci dalğasının başlayacağı vaxt AÇIQLANDI

"Ekspertlər payız aylarına ciddi hazır olmağımızı tövsiyə edirlər. Çünki bu zaman digər mövsümi xəstəliklər aktivləşir. Bu da COVID-19 simptomlarına oxşardır”.

Metbuat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, diqqətli olunmasa vəziyyət ciddiləşə bilər: "Nə qədər ciddi karantin rejimi olsa da, xəstəxana sayı artsa da, vətəndaş məsuliyyəti olmadan virusun qarşısını almaq mümkün deyil. Ona görə də hamılıqla birlikdə vaksin tapılana qədər qoyulan qaydalara ciddi əməl edək”.

"Oğuz, Xızı, Ucar, Daşkəsən, YardımlıZərdabda vəziyyət qənaətbəxşdir. Sarı zonaya daxil olan Salyan, Neftçala, Astara, İsmayıllı, Ağcabədi və Biləsuvar riskli rayonlar hesab edilir", - TƏBİB sədri vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR