.

TƏBİB: Artıq serioloji testlərin tətbiqinə başlanılıb

Koronavirusla bağlı artıq serioloji testlərin tətbiqinə başlanılıb.

Metbuat.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, bəzi şəxslərdə yuxarı test yoxlamasında bu virus aşkarlanmır: "Bu, çox təhlükəlidir. Bunun nəticəsi isə xəstəliyi olan şəxslərin evdə özünü müalicə etməsidir. Belə hallarda xəstəlik ağırlaşır və ağciyərdə buz şüşə yaranır. Bu halda isə müalicə çətinləşir. Hətta həkimlərimiz arasında da bu prosesə rast gəlinir".

Ramin Bayramlı bildirib ki, artıq serioloji testlərin tətbiqinə başlanılıb: "Artıq bu üsula keçmişik. Hazırda həkimlər bu testlərdən keçməyə başlayıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR