ATƏT PA-nın baş katibi Tbilisidədir

ATƏT PA-nın baş katibi Tbilisidədir
04:36 18 Yanvar 2015
124 Dünya
Ölkə mətbuatı
A- A+

ATƏT Parlament Assambleyasının 2016-cı ildə yaz sessiyasının açılışı Tbilisidə olacaq.

ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə Tbilisidə səfərdə olan ATƏT PA-nın baş katibi Spenser Oliver Gürcüstan xarici işlər nazirinin müavini David Dondu ilə görüşdən sonra bildirib. Bu barədə AzərTAc xəbər verir.

Baş katib deyib ki, nazir müavini ilə görüşdə ikitərəfli münasibətlərin inkişafı, eləcə də regiondakı münaqişələrin həlli yolları müzakirə olunub.

ATƏT PA-nın baş katibi Gürcüstana yanvarın 16-da səfərə gəlib. Üç gün davam edəcək səfər çərçivəsində onun bir sıra görüşlər keçirməsi nəzərdə tutulub.


Spenser Oliver

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR