Maşında tək olan sürücü maska taxmadığına görə cərimələnə bilər? -

"Fərdi avtomobilində ailə üzvləri ilə birgə olan şəxslərin maska taxmasının bir əhəmiyyəti yoxdur".

Metbuat.az xəbər verir ki, bunu e-huquq.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev maşında tək olan sürücünün tibbi maskadan istifadəsinin məcburi olub-olmaması barədə sualı cavablandırarkən deyib. O qeyd edib ki, şəxsi maşında maskanın taxılması məcburi deyil və inzibati məsuliyyət yaratmır.

"Ailə üzvləri ilə birgə olanların da maska taxmasının bir əhəmiyyəti yoxdur. Çünki onlar bir evdə yaşayanlardır. Onların bir-birini yoluxdurmaq ehtimalı nə qədər yüksəkdirsə, bir o qədər də sıfıra bərabərdir. Yəni, əgər yoluxmayıblarsa. Amma kənar şəxslər olduqda, sürücü özü məsuliyyətli olmalıdır. Düşünməlidir ki, bu, mənim iş yoldaşımdır, qonşumdur və ya qohumumdur, mən onu yoluxdura bilərəm, yaxud o məni yoluxdura bilər. İnsan özü bunu düşünüb maskadan istifadə etməlidir. Bu, artıq sosial izolyasiya məsafəsinin pozulmasıdır", - deyə K.Əliyev qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR