Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi

Rusiyada son sutka ərzində daha 6632 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Metbuat.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 674 515 nəfərə çatıb. Son sutka ərzində 168 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 10 027 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 446 879 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

Mənbə: RİA Novosti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR