Paytaxtda 450-dən çox küçə və prospekt dezinfeksiya edilir -

Bu gün paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən səhər saatlarından paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşı ilə xüsusi kimyəvi maddələrlə növbəti - yeddinci əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Baku.Tv xəbər verir ki, axşam saatlarınadək 450 –dən çox küçə və prospekt dezinfeksiya ediləcək. Mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Eyni zamanda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındakı yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərini davam etdirirlər.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR