Hacıqabulda qəza: Sürücü öldü, oğlu xəsarət aldı

Hacıqabul rayonunun Qubalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, hadisə iyulun 3-də baş verib.

Hacıqabul rayonunun Qubalı kəndi ərazisində kənd sakini Əmir Həşimov idarə etdiyi “UAZ-469” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu S.Həşimov xəstəxanaya yerləşdirilib.

Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR