.

Türkiyədə koronavirusdan ölüm sayı 5200-ü ötdü

Türkiyədə son sutka ərzində 20 nəfər koronavirus infeksiyasından dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1154 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5206, virusa yoluxanlar isə 204 min 610 nəfərə çatıb.

Türkiyədə indiyədək 179 min 492 xəstə sağalaraq evə buraxılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR