.

Məşhur otel bağlanır? - Bütün işçilər evə göndərildi

Sumqayıt Plaza Hotel”in işçi heyətinin hotelə işə gəlib-getməsi ilə bağlı icazəyə xitam verilib.

Metbuat.az xəbər verir ki, bu barədə hotelin administratoru Rahib İsmixanov sosial şəbəkə hesabında məlumat verib.

“Dostlar, bir aydan coxdur ki, “Sumgayit Plaza Hotel”də COVID-19-a yoluxmuş xəstələrlə işləyən həkimlər qalır və bu günə qədər bu həkimlərə xidmət edən işci heyətinə işə gəlib getməklə bağlı rəsmi olaraq icazə verə bilirdik.

Bu gündən (5 iyun 2020-ci il – red.) etibarən icazələr ləğv olundu və rəsmi olaraq məktub gəlib ki, bizim sahə işləməyə icazəsi olan sahələrə aid deyil.

Burdan belə anlaşılır ki otelin qapısını bağlamalıyıq. Bəs onda Sumqayıt şəhəri üzrə pandemiya ilə mübarizə aparan tibb işçilərini hara göndərək?”, - deyə o bildirib.

Koronavirusla mübarizəyə cəlb edilən həkimlərin qaldığı Sumqayıt otelinin işçi heyətinin icazəsi ləğv edildi -FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR