Azərbaycanda daha bir telekanalın əməkdaşları koronavirusa yoluxdu

“Azad Azərbaycan” Televiziyasının (ATV) bir neçə əməkdaşı koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, yoluxanlar arasında televiziyanın baş mühasibi, hüquqşünas, baş operator da var.

Daha bir neçə əməkdaş isə xəbərlər departamentindəndir.

Bildirilib ki, xəbərlər departamentində bu virusa yoluxan əməkdaşlar artıq müalicə olunaraq sağalıblar. (news24.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR